Ermənistan beynəlxalq səviyyədə cəzalandırılmalıdır

Ermənistan beynəlxalq səviyyədə cəzalandırılmalıdır

"Zəfər bizimdir,zəfər Allahındır. Uzun həsrətdən sonra başda Şuşa olmaqla torpaqlarımızın azadlığı milyonların sevinc göz yaşları axıtmasına səbəb oldu. Hətta ağlamağı bacarmayan insanlar belə göz yaşlarına hakim kəsilə bilməyiblər.

Şuşa təkcə Azərbaycanın, Qafqazın incisi deyil, o cümlədən islam dünyasının cənnət məkanıdır. O torpaqlara hər zaman azan sədaları hüzur gətirib.Şuşa tarixin yaddaşından silinməyən din,mədəniyyət xadimləri, yazıçılar, şairlər yetişdirib. Şuşa bizim ata-baba yurdumuzdur.

Haqqa bağlı olanlar haqla bərabər, batilə bağlı olanlar özləri kimiləriylə birgə addım atırlar. Ermənilər illərdir torpaqlaqlarımızı işğal edərək mədəniyyət abidəlarimizi, tarixi məkanlarımızı məhv ediblər, Allah evlərini,qəbirləri dağıdıblar. Şəhərlərimizi,kəndlərimizi birmənalı olaraq, "siliblər."

Bu gün işğaldan azad olunmuş Azərbaycan torpaqlarından yayılan görüntülər, Zəngilanda, Qubadlıda məscidlərin donuzxanalara çevrilməsi təkcə Azərbaycan xalqının özünə,inancına hörmətsizlik deyil,eyni zamanda digər islam ölkələrinə da hörmətsizlikdir və bu məsələ həmin ölkələrin imtahanına çevrilib. Şahid olduğumuz bütün mənzərələr təkcə islam dininə deyil, insanlığa qarşıdır. Ona görə də Ermənistan beynəlxalq səviyyədə cəzalandırılmalıdır. Ən başlıca müsəlman ölkələr cəzalandırılmada böyük rol oynamalı, təkcə quru bəyənatlarla kifayətlənməməlidir.

Həmçinin Azərbaycan xalqı olaraq,onlardan əməli addımlar atmalarını gözləyirik. Ermənilərin islamı və müsəlmanların əqidələrini təhqir etdikləri, məscidləri donuzxanalara çevirməsi faktı aşkardır.

Bütün müsəlman ölkələrindən xahiş və tələbimizdir ki, Ermənistan dövlətinin səfirliyini, konsulluğunu öz ölkələrindən çıxarsınlar, rəsmilərinə ölkələrinə gəlməyi qadağa etsinlər. Heç nəyə yaramayan,ordan-burdan torpaq iddiası edən Ermənistandan səfirlərini, nümayəndələrini geri çağırsınlar. İslama qarşı, Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə dünya qarşısında üzr istəməyi Ermənistandan tələb etsinlər, heç bir formada onunla siyasi, iqtisadi və başqa əlaqələr qurmasınlar.

Əziz dostlar,ermənilərin dinimizə, xalqımıza qarşi törətdikləri cinayətlərin görüntüsünü xarici və müsəlman ölkələrin səfirliklərinə elektron poçtlarına göndərərək, mənfur erməniləri ifşa etməyin əhatəsini genişləndirin.

Dostlardan və sosial şəbəkə istifadəçilərindən xahişim budur ki, bu gün hər kəs əsgər kimi dövlətin və xalqın maraqlarına sadiqliyinizi göstərərək, vaxtımızın bir neçə dəqiqəsini Azərbaycanda olan səfirliklərin elektron poçtlarına bu materialları yollamağa sərf edək. Xalq olaraq, istək və tələblərimizi ünvanlayaq.

Heç kəs fikirləşməsin ki, bu mənasız bir iş olacaq. Nə bilmək olar, bu gün etdiyiniz bəlkə sabah gözləmədiyiniz bir hadisənin təməl daşı ola bilər.

Hər zaman bu gün görülən işlər, növbəti günün başlanğıcıdır. Necəki Fransada islam peyğəmbəri təhqir olunanda, müsəlman dövlətləri Fransanı boykot etdiyi kimi, bu dəfə də Ermənistanın dünya səviyyəsində boykot edilməsini, təcrid edilməsini tələb edək.

Yeni sabahlarda hər zaman xoş xəbərlər eşitmək ümidi ilə.

Abbas Hüseyn 8 saylı cəzaçəkmə müəssisəsi