Ermənistan HHQ-nin polkovniki məhv edildi

Ermənistan HHQ-nin polkovniki məhv edildi
Ermənistan hərbi hava qüvvələrinin polkovnik-leytenantı Vyaçeslav Vaskovski məhv edilib. 45 yaşlı hərbçinin adı Ermənistan Müdafiə Nazirliyinin açıqladığı itkilər siyahısında olub. Qeyd edək ki, Ermənistan KİV-də gedən məlumata görə, V.Vaskovski aviasiya qoşunu hissəsinin komandir müavini olub. Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulduğunu açıqlamışdı.