"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır"

"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır"
İmam Xamenei: Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları Azərbaycana qaytarılmalıdır. Terrorçular sərhədlərə yaxınlaşarsa... İran İslam Respublikasının Ali Dini Rəhbəri, Ayətullah Seyyid Əli Xamenei bu günki çıxışında Qarabağda gedən son döyüşlərə münasibət bildirib: "Ermənistan-Azərbaycan müharibəsi tezliklə bitməlidir. Bu müharibə acı hadisədir, bölgənin təhlükəsizliyinə təhdiddir və bizim ölkəmizin də xeyrinə deyil. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları Azərbaycan Respublikasına qaytarılmalıdır və azad olmalıdır. Bu əsas şərtdir. Bu torpaqlar Azərbaycana aiddir və Azərbaycan öz torpaqlarını azad etməyə haqlıdır. Əlbəttə, bu torpaqlarda yaşayan ermənilərin də təhlükəsizliyi təmin edilməlidir. Beynəlxalq sərhədlərə də riayət olunmalıdır. Baxmayaraq ki, bəziləri inkar edirlər, amma terrorçuların müxtəlif yerlərdən gətirilməsinə tutarlı dəlillər var. Ehtiyatlı olmaq lazımdır ki, terrorçular bizim sərhədlərimizdə yerləşməsin. Əgər onlar bizim sərhədlərə yaxınlaşsa və təhlükə hiss olunsa, kəskin cavab veriləcək".