Ermənistan Rusiyadan və bütün dünyadan kömək istəyir

Ermənistan Rusiyadan və bütün dünyadan kömək istəyir

Ermənilər yenə də bütün dünyaya haray salıb kömək istəyirlər. Guya Azərbaycan ordusu onlara hücum edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ictimai televiziyanın efirində Moskvanı 1997-ci ildə imzalanan ikitərəfli müqaviləyə uyğun olaraq Ermənistana kömək etməyə çağırıb. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə news.am yazıb. Qriqoryan bildirib ki, hazırkı mərhələdə müraciət şifahi şəkildə rəsmiləşdirilib, sonra isə yazılı prosedur həyata keçiriləcək.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür. Erməni kanalları ordumuza əsir düşən 12 nəfər ermənidən və yaralılarından yazırlar.