Ermənistanın keçmiş müdafiə naziri ittihamları qəbul etmir

Ermənistanın keçmiş müdafiə naziri ittihamları qəbul etmir

 Ermənistanın keçmiş müdafiə naziri ittihamları qəbul etmir. İlham Əliyev Qoşulmama Hərəkatının toplantısında çıxış edib. 

Ermənistanın keçmiş müdafiə naziri ittihamları qəbul etmir Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan ona qarşı irəli sürülən ittihamı qəbul etmir və heç bir şəraitdə qəbul etməyəcək, çünki onu törətmədiyi bir işdə ittiham edirlər, Tonoyanın vəkillər qrupunun bəyanatında qeyd olunur.

"Ermənistan müdafiə naziri vəzifəsini tərk etdikdən sonra Tonoyan, dövlət sirri, Ermənistan Respublikasının və dövlətlərarası münasibətlərin təhlükəsizlik maraqlarını nəzərə alaraq, şərh verməkdən imtina edib. Cənab Tonoyan bu gün də bu maraqları öz şəxsi maraqlarından üstün bilir və, böyük həcmdə məlumata malik olaraq, onu öz müdafiəsi üçün ictimailəşdirmək niyyətində deyil", - bəyanatda deyilir.

Keçmiş müdafiə nazirin vəkilləri qeyd edirlər ki, Tonoyan əmindir ki, xüsusi peşəkar biliklərə malik mütəxəssislər tərəfindən keçirilən ekspertizanın nəticələri Ermənistan Silahlı Qüvvələrinin "keyfiyyətsiz" və "texniki normalara uyğun olmayan" təchiz olunması haqqında iddialara cavab verər.

"Tonoyan ədalət, öz günahsızlığı və xoş adının bərpa olunması üçün mübarizə edəcək", - bəyanatda deyilir.

2018-2020-ci illərdə Ermənistanın müdafiə naziri olan David Tonoyan sentyabrın 30-da saxlanılıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin vəsatəti ilə məhkəmə onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Eyni cinayət işi üzrə həmin gün Ermənistan Silahlı Qüvvələri üçün silah və sursat təchizatı ilə məşğul olan şirkətin rəhbəri David Qalstyan da saxlanıb. Hər ikisi də, ilkin istintaqa görə, xüsusilə iri məbləğdə (təxminən 4,7 milyon dollar) pul mənimsəməkdə ittiham olunur.

Tonoyanla Qalstyan vəzifədən sui-istifadə etmək və fırıldaqçılıq haqqında cinayət işi üzrə istintaq çərçivəsində həbs olunub.

Oktyabrın 2-də isə Ermənistan SQ baş qərargah rəisinin müavini Stepan Qalstyan həbs olunub.

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan saxlanılıb (bbc)