General Qasım Süleymaninin ölümündə əli olan şəxs edam ediləcək

General Qasım Süleymaninin ölümündə əli olan şəxs edam ediləcək

İran Şəhid general Qasım Süleymaninin ölümündə əli olan şəxsi edam edəcək.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, İranda İsrail və ABŞ agenti olan Mahmud Musəvi-Məcidə ölüm cəzası verilib.

Mahmud Musəvinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), həmçinin İsrailin kəşfiyyat qurumu olan MOSSAD-a işlədiyi və Suriyada, İraqda əliyalın insanları terroçulardan qoruyan general Qasım Süleymaninin suiqəsdində ABŞ-a məlumat ötürdüyü sübut olunub.

Bu barədə İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn İsmaili məlumat verib.

Xatırladaq ki, 2020-ci ilin 4 yanvar tarixində Bağdad Hava limanında raket hücumu nəticəsində, SEPAH-ın "Qüds" Briqadasının komandanı, general Qasim Süleymani və İraq Xalq Səfərbər Qüvvələrinin komandani Əbu Mehdi əl-Mühəndis Şəhid oldular.