Hakim Fəqan Məmmədova söz verdi: "3 saat danışacaqsan"

Hakim Fəqan Məmmədova söz verdi: "3 saat danışacaqsan"

17 may tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə ictimai fəal Fəqan Məmmədovun məhkəməsi keçirilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, məhkəmə başlayan kimi proses bitib. Səbəb Fəqan Məmədov saxlanılarkən onunla eyni avtomobildə olan Ümid Zalov olub. Şahid qismində ifadə vermək üçün prosesə dəvət edilən Ümid Zalov məhkəməyə gəlmədiyinə görə proses təxirə salınıb. Bu ikinci dəfə baş verir.

Məhkəmədə çıxış etmək istəyən Fəqan Məmmədova hakim bu imkanı verməyib. Buna etiraz edən Fəqan Məmmədov deyib: "İstintaqda döyürdülər ki, dayanma danış. Burda mən danışmaq istəyəndə siz imkan vermirsiz. Bu nə deməkdi?"

Hakim isə Fəqan Məmmədova 3 saat son söz çıxışı üçün vaxt verəcəyinə söz verib.

Hakim növbəti prosesi 31 may saat 14:30-a təyin edilib.

Xatırladaq ki, 2021-ci ilin 2 sentyabr tarixində Gəncə sakinləri Fəqan Məmmədov, Arif Cəfərov Bakı şəhərində, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb.

Onlar cinayət məcəlləsinin 234.3.4-cü maddəsi ilə - külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması -maddəsi ilə baarələrində cinayət işi açılıb.

Daha sonra digər Gəncə sakini Amin Kərimli evindən tutularaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirilib.

Hər üç gənc həbslərini sifarişli olduğunu bildirib və ittihamı qəbul etməyiblər.

Onlar Bakıdan Gəncəyə üzərində "Ya Hüseyn" yazılmış köynəklərin gətirilməsinə görə şərlənərək həbs edildiklərini bildiriblər.

Arif Cəfərov və Fəqan Məmmədovun məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində, Amin Kərimlinin məhkəməsi isə Gəncə Agir Cinayətlər Məhkəməsində keçirilir.