"Haqqımda yayılan məlumat yalandır"

"Haqqımda yayılan məlumat yalandır"

Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb.

Elmar Məmmədyarov verdiyi açıqlamada bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir:

"Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda dincəlirəm. Həmçinin ölkədən çıxmağa niyyətim və getməyə də yerim yoxdur. Pandemiya vaxtı hara gedirəm? Onu da deyim ki, istintaqa çağırılmamışam".(unikal)