"Hizbullah" tərəfdarlarına səsləndi: "Fitnəyə uymayın!"

"Hizbullah" tərəfdarlarına səsləndi: "Fitnəyə uymayın!"

 Livanın "Hizbullah" və "Amal" hərəkatları bəyanat ilə çıxış ediblər. Bəyanatda Livanın Tayunae bölgəsində baş tutan dinc aksiyaya silahlı hücum edilməsinə toxunulub:

"Ədalət sarayı qarşısında dinc aksiya keçirən nümayişçilər snayperlər vasitəsilə hədəfə alındı.

Binanın damındakı snayperlərin atəşi və ardından da silah səsləri eşidildi. Şəhidlər və ağır yaralılar var. Bu hadisə ölkəni qəsdən üsyana aparmaq istəyən silahlı və terrorçu qruplaşmaların işidir".

Bəyanatda Livan ordusunun məsələyə əl qoyması və hadisəyə məruz qalanların isə sakin qalmaları tələb olunub: "Bu üsyan, tapşırıq verənlərin və liman qurbanlarının, şəhidlərin qanlarının arxasında gizlənən tərəflərin məsuliyyətindədir. Tərəfdarlarımız fitnəyə getməməli və sakit qalmalıdırlar".(eastnews)