Human Rights Watch: Tel-Əvivin Fələstin xalqına təcavüzü müharibə cinayətidir

Human Rights Watch: Tel-Əvivin Fələstin xalqına təcavüzü müharibə cinayətidir

Human Rights Watch Təşkilatı sionist İsrail rejimini Beynəlxalq Cəza Məhkəməsi ilə əməkdaşlıq etməməsini qətiyyətlə pisləyib.

Qeyd edək ki, Beynəlxalq Cəza Məhkəməsi işğalçı İsrail rejiminin 1967-ci ildə Fələstinin işğal olunmuş ərazilərində müharibə cinayətləri törətmə ehtimalı haqqında araşdırma başlayıb. Fələstinin Səfa agentliyi məlumat verib ki, sionist rejim məsul şəxsləri bu rejim ordusunun hərbi cinayətlər törətdiyini bilidyi üçün Beynəlxalq Cəza Məhkəməsi ilə əməkdaşlıq etməkdən boyun qaçırırlar.
Xatırladaq ki, sionist rejim baş naziri Binyamin Netanyahu bildirib ki, Beynəlxalq Cəza Məhkəməsinin bu haqda təhqiqat aparmağa ixtiyarı yoxdur və Tel -Əviv bu məhkəmə ilə əməkdaşlıq etməyəcək.

Human Rights Watch Təşkilatı Beynəlxalq Cəza Məhkəməsindən istəyib ki, təhqiqatı başlatsın və siyasi təzyiqlərə təslim olmasın. Bu cinayəti törədənlərin cəzadan boyun qaçırmasına icazə verməsin.

Təşkilat həmçinin Avropa Birliyindən istəyib ki, Fələstində törədilən bu cinayəti törədənlərin cəzalandırılması üçün bu işə dəstək olsun. (maide.az)