İlham Əliyev: "Həmin F-16 qırıcılarını qarşılarında görəcəklər..."

İlham Əliyev: "Həmin F-16 qırıcılarını qarşılarında görəcəklər..."
“Əgər bizə qarşı kənardan aqressiya olacaqsa həmin F-16 qırıcılarını qarşılarında görəcəklər...” Prezident İlham Əliyev xalqa az əvvəl yayımlanan müraciətində Azərbaycanda Türkiyə F-16 qırıcılarının olması barədə bir aydır həm Ermənistanın, həm onu himayə edənlərin qaldırdığı hay-küylə bağlı da danışıb. Prezident deyib: “Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-sı nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam, gedin açın da, peykiniz var da, görmürsünüz nə qayırır? “Gedin baxın da, F-16 nə edir: havadadır ya yerdədir. Hər kəs bilir ki, yerdədir və təlimlər üçün gəlib. Müharibə başlayandan qalıb. Türkiyə, qardaşlarımız onu mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar”, - o vurğulayıb.