İlham Əliyev yeni ərazilərin işğaldan azad olunduğunu bəyan etdi

İlham Əliyev yeni ərazilərin işğaldan azad olunduğunu bəyan etdi
Prezident İlham Əliyev erməni işğalından azad edilmiş yeni ərazilərimizin adlarını açıqlayıb. Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Prezident Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edildiyini tvitter səhifəsində qeyd edib. Prezident həmçinin bildirib ki, Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, eləcə də Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, , Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad edib: “Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.