İlk dəfə Pentaqona qaradərili komandan rəhbərlik edəcək

Qaradərili generalın ABŞ-da Müdafiə naziri vəzifəsinə təyin edilməsi senatda səs çoxluğu ilə qəbul edilib.
Co Bayden, bu vəzifəyə 4 il əvvəl təqaüdə çıxmış general Lloyd Austini seçib.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığını idarə edən Austin, Baydenin vitse-prezidentliyi dövründə də onunla birgə işləyib.