"İran Ermənistanla əlbir olaraq 30 ildir Avropaya narkotik daşıyırdı..."

"İran Ermənistanla əlbir olaraq 30 ildir Avropaya narkotik daşıyırdı..."

"İran Ermənistanla əlbir olaraq 30 ildir Cəbrayıl üzərindən Avropaya narkotik daşıyırdı..."

"Ermənistan işğaldan əvvəl Şuşa şəhərində olan 17 məsciddən 16-nı dağıdıb. Yalnız bir məscid "tolerantlıq" nümunəsi kimi saxlanılıb və İrandan olan "mütəxəssislər"in vasitəçiliyi ilə onu İran məscidi kimi təqdim etməyə cəhd göstərilib”. Bunu prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib.

Dövlət başçısı işğal edilmiş ərazilərdəki evlərin söküldüyünü, daşların Ermənistan və İranda satıldığını diqqətə çatdırıb. İlham Əliyev Ermənistanın həmçinin ətraf mühitə də böyük zərər vurduğunu deyib.

Dövlət başçısı qeyd edib ki, işğal dövrü ərzində 60 min hektar meşə sahəsi qırılıb, Ermənistan və İrana satılıb, qızıl yataqlarının və digər təbii resursların qanunsuz istismarı həyata keçirilib: "Bir Avropa şirkətinin iştirakı ilə transsərhəd çayı olan Oxçuçay sistemli şəkildə çirkləndirilib ki, bu da ekoloji faciəyə səbəb olub. Bu faktı artıq nüfuzlu beynəlxalq ekspertlər də təsdiq edirlər".

İlham Əliyev hazırda işğaldan azad olunan ərazilərdə hansı işlərin aparıldığından da danışıb: "Hazırda Azərbaycan qarşısında duran əsas problemlər azad edilən əraziləri minalardan təmizləmək, burada dağıdılmış infrastrukturu, yəni binaları, evləri, Azərbaycan xalqının tarixi abidələrini bərpa etməkdir". Dövlət başçısı müharibə başa çatandan sonra 150-dən çox vətəndaşımızın mina partlayışları nəticəsində həlak olduğunu, ciddi xəsarətlər aldığını deyib: "Ermənistan bütün minalanmış ərazilərin xəritəsini bizə təqdim etməkdən boyun qaçırır. Azərbaycana verilmiş kiçik sayda xəritələrin dəqiqlik səviyyəsi 25 faizə yaxındır.

Azad edilmiş torpaqlarda 30 ilə yaxın davam etmiş işğal dövründə az qala bütün binalar, tarixi abidələr dağıdılıb. Azad edilən ərazilərdə mövcud olmuş 67 məscidin 65-i tamamilə dağıdılıb, qalan 2-si qismən uçurulub, orada işğalçılar inək və donuz saxlayaraq müsəlmanların dini hisslərini qəsdən təhqir ediblər. Füzuli şəhərində, Füzuli rayonunun bütün kəndlərində bina və evlərin 100 faizi dağıdılıb. Eyni vəziyyət Ağdam şəhəri və Ağdam rayonunda da var. Ağdam şəhərinə "Qafqazın Hirosiması" deyirlər. Cəbrayıl rayonunda vur-tut iki bina salamat qalıb, orada da Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri yerləşdirilmişdi, - İlham Əliyev qeyd edib.

Prezident sammitdəki çıxışında habelə İranın 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanla əlbir olaraq Azərbaycanın Cəbrayıl rayonu üzərindən Avropaya narkotik daşınması ilə məşğul olduğunu bəyan edib.

"Təxminən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq Avropaya narkotik vasitələrin daşınması üçün işğal edilmiş ərazilərimizdən istifadə edib",-dövlət başçısı bildirib.

Prezident vurğulayıb ki, ötən il Azərbaycan daha əvvəl Ermənistanın nəzarətində olan İran ilə 130 km-lik dövlət sərhədi üzərində nəzarəti bərpa etdikdən sonra İrandan Azərbaycanın Cəbrayıl rayonu ərazisindən keçməklə Ermənistana, oradan da Avropaya narkotik vasitələrin daşınmasının yolunu kəsdi.

"Azərbaycan-İran sərhəddinin digər hissələrində tərəfimizdən qarşısı alınan heroinin həcmi əvvəlki illərin analoji dövrü ilə müqayisədə 2 dəfə artıb. Bu ondan xəbər verir ki, təxminən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq işğal edilmiş ərazilər vasitəsilə Avropaya narkotik vasitələrin daşınmasını həyata keçirib. İşğal dövründə dəfələrlə bəyan etmişdim ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşınması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, artıq sübut edilmiş faktdır”, - İlham Əliyev bildirib.