İran üç milyon yarım əfqanıstanlıya ev sahibliyi etdiyini bildirib

İran üç milyon yarım əfqanıstanlıya ev sahibliyi etdiyini bildirib

İran növbəti mühacir axını ilə bağlı xəbərdarlıq edib

İran üç milyon yarım əfqanıstanlı mühacir və qaçqına ev sahibliyi etdiyini bildirib və növbəti mühacir axını ilə bağlı xəbərdarlıq edib.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrellə telefon danışığında olan zaman deyib.

İran XİN rəhbəri Avropalı həmkarı ilə Əfqanıstan məsələsini müzakirə edən zaman bildirib ki, ölkəsi üç milyon yarım əfqanıstanlı qaçqın və mühacirə ev sahibliyi edir.

İran XİN rəhbəri mövcud şəraitdə növbəti axının olacağını bildirib və beynəlxalq təşkilatlardan dəstəklərin verilməsilə bağlı çıxış edib.