İraq Məclisi sabah yeni hökumətə səs vermək üçün toplanacaq

İraq Məclisi sabah yeni hökumətə səs vermək üçün toplanacaq

İraq Məclisi mətbuat ofisindən verilən yazılı açıqlamada, yeni hökumət proqramı və hökumətin etimad səsverməsi sessiyasının çərşənbə günü yerli vaxtla 21.00-da keçiriləcəyi bildirilib.

İraq Məclisinin sədri Məhəmməd Halbusi mətbuata açıqlamasında, hökuməti qurmaq səlahiyyəti verilən Mustafa Kazimi kabinetində 12 nazirliyin şiələrə, 6-sının sünnilərə, 3 nazirliyin da kürdlərə veriləcəyini bildirib.

İraq Məclisi keçən il oktyabr ayında baş verən küçə nümayişləri səbəbiylə 1 dekabrda Baş nazir Adil Abdulmehdinin istefasını qəbul etmişdi. İraq Prezidenti Berhem Saleh Abdulmehdidən sonra müstəqil şiə siyasətçi Məhəmməd Tofiq Allavi və şiə millət vəkili Adnan Zurfiye hökuməti qurmaq vəzifəsi versə də, onlar hökuməti qurmadan vəzifəni təhvil vermişdi. Berhem Saleh 9 apreldə Milli Kəşfiyyat İdarəsinin sədri Mustafa Kazimiyi hökuməti qurmaqla vəzifələndirib. İraq Konstitusiyasına görə, Kaziminin 1 ay içərisində hökuməti qurması lazımdır. maide.az