İslam dünyasının QƏLƏBƏLƏRİ! Əfqanıstan (1-ci yazı)

İslam dünyasının QƏLƏBƏLƏRİ! Əfqanıstan (1-ci yazı)

XXI əsrin əvvəllərindən başlayaraq iyirmi sürən və bu ilə azadlıq tarixini qeyd edən müsəlman Əfqan xalqı.

Böyük itkilərlə müşahidə olunan Amerikanın Əfqanıstana hücumu 7-Sentyabır 2001-ci ildə başlayır və 2021-ci il 11-Sentyabırda ABŞ və koalisiyanın etiraf etdiyi məğlubiyyəti ilə Əfqanıstanı tərk edəcəkləri gözlənilir. Müharibə rəsmi olaraq 2020-ci ilin sonunda Əfqanıstan hökuməti Talibanla danışıqların şərtləri barədə razılığa gəlməsi ilə Dohada rəsmi görüş zamani müəyyən edilir. Bu görüş müharibənin Əfqan xalqının qələbəsi ilə nəticələnməsi demək idi.

Amerikanın 11-Sentyabr 2001-ci il, əkiz binalara hücum ssenarisindən sonra Əfqanıstana işğalçı hücumu iyirmi il müddətinə davam edir. Xaqın mübarizə ruhuna kolisiya qüvvələri hərtərəfli nəticəsiz zərbələri, sonunda bir neçə dəfə Əfqanıstanı tərk etmək qərarına ramən Amerika ordusu son olaraq təxliyəni 1 may 2021-ci ilə müəyyən edir. Sonradan bu tarix 11 Sentyabr 2021-ci ilə qədər uzadılsa da, Amerika Əfqan xalqının əzmini qıra bilmədiyini, bu ölkəyə daxil olmağın elə əvvəl başdan səhv olduğunu, müsəlman Əfqanıstanın bütün suveren hüquqlarını tanımaqla oranı tərk etməyin yeganə düzgün hərəkət olduğunu etiraf edir. Bu 20 il ərzində Əfqanıstanda Qərb koalisiyası 3,5 mindən çox, Əfqanıstan isə 65 mindən çox əsgərini itirir.

The Tragic Fallout of America's Afghanistan War on India and Pakistan

Mülki itkilərin sayı dəqiq qiymətləndirilə bilinməsə də, bu rəqəmlər on minlərlə ölçülür. Bu gün iki milyondan çox Əfqanlı başqa ölkələrdə qaçqındır. 7 oktyabr 2001-ci ildə ABŞ, İngilis müttəfiqləri ilə birlikdə rəsmi olaraq Əfqanıstanda azadlıq əməliyyatına başlayır.

Müharibənin ilkin mərhələsində, ABŞ və Qərb qüvvələrinin fəaliyyəti Taliban və Əl-Qaidə mövqelərinin havadan bombalanması ilə məhdudlaşır. İlk quru qüvvələri oktyabr ayının sonunda Əfqanıstana gəlir. Dekabr ayında, Şimali İttifaq qüvvələrinin və Qərb müttəfiqlərinin təzyiqi altında Taliban və Əl-Qaidə rejmi məğlub olur. 2002-ci ildə Taliban qüvvələri yenidən beynəlxalq koalisiya qüvvələrinə qarşı partizan hücumlarına başlayır.

2003-cü il, may ayında ABŞ Müdafiə Naziri Donald Ramsfeld Əfqanıstandakı əsas hərbi əməliyyatın bitdiyini və eyni zamanda, Prezident Buş ABŞ əsgərlərinin İraqdakı missiyasının "tamamlandığını" bildirir. 2004-cü il, Əfqanıstan, 2003-cü il qəbul edilmiş və 2004-cü ilin yanvarında prezident Hamid Kərzai tərəfindən imzalanan yeni bir konstitusiyaya əsasən ölkə İslam Prezident Respublikasına çevrilir.

Əfqanıstandakı Amerika kontingentinin sayı bu dövrdə 20.000 nəfərə çatır. Əfqanıstanda intihar partlayışlarının sayı 2005-ci ildə 27-dən 2006-cı ildə 139-a yüksəlir. Bombaların uzaqdan partladılması halları ikiqat artaraq 1600-dən çox olur. 2008-ci ildə mülki əhali arasında itki daha çox qeydə alınır.

وجود 29 میلیون کودک فقیر در خاورمیانه - مشرق نیوز

2009-cu ildə ilk andiçmə mərasimindən qısa müddət sonra ABŞ prezidenti Obama Əfqanıstana 17.000 amerika əsgərdən ibarət əlavə kontingentin göndərildiyini elan edir. O il Obama ilk olaraq Əfqanıstandan qoşunların təxliyyə tarixini-2011-ci ilin iyuluna elan edir.

2010-cu il, Lissabonda keçirilən NATO konfransında ABŞ, 2014-cü ilin sonuna qədər ölkəni Əfqanıstan milli ordusuna verilməsinə dair sənəd inzalayır. 2011-ci il, may ayında Bin Laden, ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən Neptunun Nizə əməliyyatı nəticəsində Pakistandakı sığınacağında öldürülür.

Müharibənin ilk on ilinin nəticələri isə xəyal qırıqlığı yaradır: 2.000 Amerika əsgəri öldürülür və uğurlu adlandırıla bilməyəcək əməliyyata xərclənən 480 milyard dollara yüksəlir. 2012-ci ildə Əfqan əsgərlərinin Qərb müttəfiqlərinə hücumları ən yüksək həddə çatır.

Bu ildə 44 koalisiya əsgərinin öldüyü və 81 nəfərin yaralandığı 44 hadisə baş verir. 2013-cü ildə NATO rəsmi olaraq Əfqanıstandakı hərbi missiyasının bitdiyini elan edir və beynəlxalq kontingentin sayı azalmağa başlayır. 2014-cü ildə Barak Obama, Amerika qoşunlarının əksəriyyətinin Əfqanıstandan tədricən çıxarılması üçün plan açıqlayır: Plan tədricən reallaşmalı və 2016-cı ilin sonuna kimi tamamlanmalı idi.

2015-ci ildə ABŞ Hərbi Hava Qüvvələri səhvən Sərhədsiz Həkimlər xəstəxanasını bombalayır, onlarla adam ölür və bir çox insan yaralanır. 2018-ci ildə Əfqanıstan, Vyetnam müharibəsi rekordunu qıraraq ABŞ-ın indiyə qədərki ən uzun hərbi əməliyyatı olur. 2019-cu ildə terrorçularla razılaşmaların qəbuledilməzliyi barədə əvvəlki bütün açıqlamalarına baxmayaraq, ABŞ Qətərdə Taliban nümayəndələri ilə danışıqlar masasına oturur.

2020-ci il, fevral ayında Dohadakı ABŞ və Taliban nümayəndələri razılığa gəlməyi və sülh müqaviləsi imzalamağı bacarırlar. Buna görə amerikalılar qoşunlarını ölkədən 14 ay ərzində çıxaracaqlarına dair söz verir. İlin sonunda rəsmi Əfqanıstan hökuməti nəhayət Talibanla danışıqların şərtləri barədə razılığa gəlir və təxminən 20 ildə ilk dəfə Dohada onlarla rəsmi görüş keçirir.

2021-ci ildə NATO Əfqan problemlərinə hərbi yolla həll olunmadığını etiraf edir və 1 Maydan etibarən qoşunların geri çəkilməsini elan edir. Trampın Talibanla razılaşdığı plana görə, Amerika qoşunlarının geri çəkilməsi 1 May 2021-ci il tarixinə qədər tamamlanmalı idi. Lakin Bayden bu müddəti 11 sentyabr-Nyu-Yorkdakı terror hücumunun iyirminci ildönümünə qədər təxirə salır. Hər kəsin bu hadisədə Əl-Qaidə və Ben Laden faktori diqqətini çəkə bilər.

Əslində Amerika Taliban hərəkatını məhz Əl-Qaidə ilə yanaşı hallandırmaqla özünün yaratdığı bu terrorçu dəstəni Əfqanistana çəkməkərək müharibəni öz haqlı addımı kimi təqdim etməyə çalışmasından doğur. Lakin zaman keçdikcə Ben Laden kartının bitməsi və bu oyunda elə Amerikanın mübarizə üçün Əl-Qaidə əlində acizliyi görüntüsü Ben Ladeni oyundan çıxarır.

Əvəzinə müsəlman dünyası üçün Qərbin hazırladığı İŞİD ssenarisi digər müsəlman ölkələrində fəaliyyətinə srart verir. Amerikanın hər növ cəhdlərinə baxmayaraq bu ölkə onun məğlubiyyət tarixində ən uzunmüddətli müharibə olaraq qalır. Ölkə Talibana təhvil verilir və növbəti müsəlman ölkəsi Amerika istismarından azad olmaqdadır.

Əbülfəz Bünyadov

Müsəlman Birliyi Hərəkatının mətbuat katibi