"İslamın bu gün atom alimləri yetişdirməsini həzm edə bilmirlər"

"İslamın bu gün atom alimləri yetişdirməsini həzm edə bilmirlər"

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadə İranın nüvə və raket sistemləri üzrə alimi, Müdafiə nazirinin müavini Möhsün Fəxrizadənin terrorla qətlə yetirilməsinə münasibətini bildirib:

"Dünyanın İslam həqiqəti önündə qərəz nümayiş etdirərək ədalətsiz davranışları az qala bu günün addımbaşı reallığıdır. İslamın siyasi düşüncəsinə qarşı terror, xüsusi olaraq müsəlmanların Qərb ölkələrində ikili standartlara məruz qalması, inanclarına, əqidə rəhbərlərinə qarşı təhqiri bunun bariz nümunəsidir.

Bu günlər təəssüf ki, növbəti dəfə belə bir ədalətsizliyin, nifrətin terora söykənən nəticəsini müşahidə etməli olduq. İslam dünyasının böyük alimlərindən biri Möhsin Fəxrizadə İranda terror olunaraq Şəhadətə çatdı. Heç şübhəsiz bu terrorun arxasında dayanan qüvvələr İslam dəyərlərinin inkişafına həmişə maneə yaradanlardır.

Onlar dünyada qaragüruhçu kimi təqdim etməyə çalışdıqları İslamın bu gün atom alimləri yetişdirməsini həzm edə bilmirlər. Elə buna görə də dünyada elm akademiyaları belə böyük itkini susqunluqla seyr etdilər. Səbəbsə birdir: Bu bir İslam alimidir. Bu, dünyanın İslam varlığı qarşısında növbəti acizliyidir.
Biz, İslam alimi Möhsin Fəxrizadəni hüznlə anırıq, yaxınlarına və bütün haqq əhlinə başsağlığı veririk.

Tale Bağırzadə Müsəlman Birliyi Hərəkatının sədri.

Qobustan həbsxanası. 03.12.2020".