“İsrail sifarişçi, İŞİD icraçıdır”

Sabah sionist İsrail rejiminin cinayətkar baş naziri Binyamin Netanyahu Azərbaycana rəsmi səfərə gəlir. Dünyanın onlarla ölkəsində insan qatili kimi rədd edilən B.Netanyahunun gəlişi ölkəmizdə də böyük etirazlara səbəb olub.

VETENUGRUNDA.AZ olayla bağlı ölkənin ictimai-siyasi camiəsində tanınan şəxslərin münasibətini öyrənib:

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli saytmıza verdiyi açıqlamada İsrail rejimi ilə bütün rəsmi əlaqələrə son qoymağımzın vacibliyini vurğuladı:

“Terorist İsrail rejiminin cəllad baş nazirinin Azərbaycana rəsmi səfərə gəlişi dövlətimizin maraqları baxımından ziddiyyət təşkil edir.

Azərbaycan 25 ildən artıqdır ki, erməni terorizmi ilə üz-üzədir. Erməni vandalları  dinc mülkü Azərbacan əhalisinə qarşı əsl soyqırım siyasətini davam etdirir, xalqımızın milli və maddi sərvətlərini talayıb viran edir.

Dünya bu cinayətlərə seyrçi qaldığı bir zamanda başqa bir insanlıq qatili, bəşəri cinayətlər müəllifi Azərbaycana rəsmi səfərə gəlir . Netanyahu kimi cəllad rejim başçısının istənilən hüquqi dövlətə səfəri etirazla qarşılanmalı və bu rejimlə rəsmi əlaqələrə son qoyulmalıdı. Terorist israil rejim başçısı ilə İŞİD teror başçıları arsında fərq yalnız birinin sifarişçi digərinin icraçı olmasındadır. Yerigəlmişkən, İŞİD sözünün açlımı da İsrail Şam İngilis Dövləti kimi oxunmalıdır.  Qarabağın Azadlığı Uğrunda İslami müqavimət Hərəkatı olaraq bu səfərə etiraz bəyanat da qəbul etmişik”.

Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Akif Heydərli isə İsrail rejimini insanlığa yad olan sionizimin daşıyıcısı adlandırdı:

“İsrail Baş Naziri Binyamin Netanyahunun Azərbaycana rəsmi səfəri zənnimcə Azərbaycanın müsəlman xalqı üçün qəbuledilməz addım kimi qiymətləndirilməlidir. İlk növbədə biz İsraillə Ermənistan arasında fərq görmürük. Bu, həm İslam dinimizə rəğmən belədir, həm də hər iki dövlət işğalçı rejimin təsiri altındadır. Bundan başqa İsrailin hakim dairələri ideoloji cəhətdən beynəlxalq sionizmin insanlığa yad olan keyfiyyət daşıyıcısıdır.

B.Netanyahu fələstinli körpələrin, qadın və qocaların qətli üçün fərman verən bir qatildir ki, bütün dünya onu bəşəri cinayətkar hesab edir, hətta İsrailin özündə belə sevilmir və heykəli nifrətlə dağıdılır. Qəddarlığı ilə ad çıxaran bu cəlladın əlini nəinki sıxmaq olmaz, bu bir günah işdir ki, Allah bəyənməz, İnanmıram ki, bir müsəlman digər müsəlman bacı və qardaşlarının qanını axıdanın pişvazına çıxa, əlini sıxa. Bu, yolverilməzdir”.

Ölkəmizdə dindarlar da İsrail rejiminin liderinin gəlişini yolverməz hesab edirlər. Əli Rza Ələkbər də dindar şəxs kimi bu səfəri pisləyir:

“Mən bir Azərbaycan vətandaşı kimiəli əli qana batmış İsrailin baş naziri Binyamin Netanyahunun ölkəmizə rəsmi səfərini pisləyir, onun vətənimizə dəvət olunması bütün İslam aləminə və qardaş Fələstin xalqına qarşı hörmətsizlikdir-cinayətdir.

B.Netanyahunun əli yüz-minlərlə körpə və yaşlı müsəlman qanına batıb. Onun rəsmi dəvətlə ölkəmizə gəlməsi Azərbaycan xalqı ilə yanaşı bütün müsəlmanlara hörmətsizlikdir. Buna görə buradan cəmi Azərbaycan müsəlman bacı və qardaşlara  səslənirəm, əli qana batmış Binyamin Netanyahunun vətənənimizə gəlişinə etiraz edək”.

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev insan qatili Netanyahunun Azərbaycana gəlişini düzgün addım saymır:

"Netanyahu İsrail rejiminin rəhbəridir. O rejim ki, əli günahsız insanların, körpələrin qanına batıb. Netanyahu kimi qatilin əlini dostcasına sıxmaq heç vəclə məqsədəuyğun və düzgün addım sayıla bilməz.

Axı Azərbaycan da İsrail rejiminin talan edib, insanlarını vəhşicəsinə qətliam etdiyi Fələstinlə eyni faciəni yaşayır".