Lavrov: "Ankaranın NATO qarşısında öhdəlikləri var"

Lavrov: "Ankaranın NATO qarşısında öhdəlikləri var"

Lavrov NATO-dan danışdı 

Rusiya xarici işlər naziri Sergey Lavrov NATO-dan danışıb:

"Ümumilikdə, heç kəsə sirr deyil ki, Ankara NATO-ya üzvlüyə böyük əhəmiyyət verir və bununla bağlı bir sıra ümumi NATO öhdəlikləri var.

Bununla yanaşı, Türkiyə rəhbərliyi müstəqil, milli təmayüllü xarici siyasət yürütməyə can atır. Məhz Vaşinqtonun nüfuz dairəsində kor-koranə hərəkət etmək istəməməsi və şəxsi müdafiə qabiliyyətinin təminatında vasitələrin seçilməsindəki müstəqilliyə görə Ankara NATO-dan olan müttəfiqlərinin tənqidinə məruz qalır. 

İş ayrı-ayrı istiqamətlərdə ona qarşı sanksiyaların tətbiqinə çatır. Türkiyə misalında kifayət qədər əyani şəkildə NATO daxilində demokratiya ilə bağlı vəziyyətin nə yerdə olduğunu izləmək olar".(eastnews)