Lavrovla Ceyhun Bayramovla və Mnatsakanyanla danışdı

Lavrovla Ceyhun Bayramovla və Mnatsakanyanla danışdı

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsi məlumat yayıb. Tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Lavrov eyni zamanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla telefon əlaqəsi yaradıb. Onlar Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsini müzakirə ediblər.

Tərəflər Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi ilə bağlı vəzifələrin icrasını müzakirə ediblər.

Lavrov, Putinin fərmanına uyğun olaraq yaradılan İdarələrarası humanitar reaksiya Mərkəzinin fəaliyyət planları barədə Mnatsakanyana ətraflı məlumat verib.