Əli Həsənovun şirkətləri ləğv edildi - RƏSMİ

Əli Həsənovun şirkətləri ləğv edildi - RƏSMİ

Prezident Administrasiyasının ləğv edilən İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus bəzi şirkətlərin ləğv edilməsi haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti elan yayıb. Elanda bildirilib ki, "Bakı 24", "Kaspi AZ", "Mətbuat Evi", "Golden Prince", "Global Advertisment" MMC-lər, eləcə də "Kaspi Co" MTK ləğv olunub.

Digər bir xəbərdə isə deyilir ki, Əli Həsənov indiyə qədər 208 min manat vergi borcunu ödəməyib.