Əli Kərimli hakimiyyətə çağırış etdi: "Partiya üzvlərini azad edin, məni həbs edin"

Əli Kərimli hakimiyyətə çağırış etdi: "Partiya üzvlərini azad edin, məni həbs edin"

Azərbycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli hakimiyyətə çağırış edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, AXCP sədri partiyanın üzvlərinin kütləvi həbsini dayandırması üçün hakimiyyətə müraciət edib. O, 2 təklif irəli sürüb:
"1.  Sizi narahat edən mənəmsə, buraxın günahsız əqidədaşlarımı məni salın həbsxanaya. 
Partiya üzvlərini azad edin, məni həbs edin.

2. Əgər bu təklif sizi qane etmirsə, onların hamısını azad edin, partiyanın fəaliyyəti üçün normal, konstitusiya çərçivəsində şərait yaradın, biz onsuz da bu il partiyanın qurultayını keçirməliyik. Bu payız partiyanın qurultayını keçirək.

Əgər siz bu adamları azad edirsizsə, əgər siz Xalq Cəbhəsinin normal konstitusion fəaliyyətinə mane olmursuzsa, mən də millətin qarşısında bəyan edirəm ki, partiyamızı və dostlarımı bu repressiyalardan qorumaq xatirinə mən partiyanın sədrliyindən istefa verərəm və yenidən sədr seçilmərəm və namizəd olmaram. Bu da olar mənim tərəfimdən partiyanı və dostlamızı qorumaq üçün ata biləcəyim fədakarlıq addımı".

Qeyd edək ki, 14 iyul Bakıda keçirilən Qarabağ Yürüşündən sonra AXCP üzvlərinin kütləvi həbsi başlayıb. Həbs edilənləri yürüş günü Parlament binasına daxil olaraq çevrilişə cəhd etməkdə, polisə müqavimət və kütləvi iğtişaş kimi ittihamlarla saxlayıblar.

İndiyə qədər AXCP üzvlərindən 15 nəfərə cinayət işi açılıb, 10 nəfərə inzibati qaydada sutkalıq cəza verilib, 3 nəfər haqqında hələ konkret qərar verilməyib, 10 nəfər dindirilib buraxılıb.

Cinayət işi açılanlar

  1. Asif Yusifli (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)

  2. Seymur Əhmədov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)

  3. Bəxtiyar İmanov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)

  4. Ramid Nağıyev (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)

  5. İsmayıl Həsənov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)

  6. Ayaz Məhərrəmli (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)

  7. Baba Süleymanov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)

  8. Ceyhun Novruzov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)

  9. Məhəbbət Nağıyev (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)

  10. Telman Seyfullayev (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)

  11. Fuad Qəhrəmanlı (CM-nin 315, 186.2.1, 233, 278 maddələri cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)

  12. Mirzəyev Gündüz Vaqif oğlu CM-nin 315, 186.2.1, 233, maddələri cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib

  13. İbrahim Məmməd Əziz oğlu CM-nin 315, 186.2.1, 233, 278 maddələri cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)

  14. Məhəmməd İmanlı (CM-nin 139.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib)

  15. Mehdi İbrahimov (CM-nin 139-1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib)

  16. Elvin Məmmədov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.)

İnzibati həbs olunanlar

  1. Nicat Abdullayev ( inzibati məsuliyyətə cəlb olunub)
  2. Mahir Namazov (inzibati məsuliyyətə cəlb olunub)
  3. Süleyman Məhərrəmli ( inzibati məsuliyyətə cəlb olunub)
  4. Fərrux Əliyev (inzibati məsuliyyətə cəlb olunub)
  5. Elxan Nuriyev ( inzibati məsuliyyətə cəlb olunub)
  6. Elnur Həsənov (inzibati məsuliyyətə cəlb olunub)
  7. Rəşid Turabov ( İnzibati məsuliyyətə cəlb olunub))
  8. Elnur Yusubov ( inzibati həb s 30 sutka
  9. Arif Paşayev (inzibati məsuliyyətə cəlb olunub)
  10. Elvin Bəhramov (Bəhmənoğlu) (inzibati məsuliyyətə cəlb olunub)

Sərbəst buraxılanlar

  1. Fərzəli Əsədov (sərbəst buraxılıb)
  2. Mətanət Mahmarzayeva (Turan) (sərbəst buraxılıb)
  3. Laçın Vəliyev (sərbəst buraxılıb)
  4. Ramil Tağıyev (sərbəst buraxılıb)
  5. Şəmsi Qəhrəmanov (Kəsəmənli) (sərbəst buraxılıb)
  6. Vüqar Əbilli (sərbəst buraxılıb)
  7. Əliağa Məmmədov (sərbəst buraxılıb)
  8. Gülnarə Rəhimova (Sərbəst buraxılıb)
  9. Elnur Həsənov (Sumqayıt şöbəsi) (sərbəst buraxılıb)

Sarvan Cumayev , Yaşar Kərimov və Emin Fərhadov saxlanılıb barələrində qərar yoxdur hələ.