Məmməd Əmin Rəsulzadənin fotosuna görə həbs edildi

Məmməd Əmin Rəsulzadənin fotosuna görə həbs edildi

Sumqayıt şəhər sakini Cavid Məmmədzadəyə üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxdığı üçün 10 sutka həbs verilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, DİN onu xüsusi karantin rejimi qaydalarını pozduğuna və bu zaman polisin qanuni tələbinə tabeçilik göstərmədiyini görə saxlandığını bildirir.

İctimai fəal Cavid Məmmədzadə iyunun 26-da saxlanılıb, iyunun 27-də Sumqayıt Şəhər Məhkəməsində hakim qarşısına çıxarılıb. C.Məmmədzadə İnzibati Xətalar Məcəlləsinin 535- ci maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) təqsirli bilinib.