Makron Ermənistan prezidenti ilə görüşdü

Makron Ermənistan prezidenti ilə görüşdü
Fransa prezidenti Emmanuel Makron Parisdə Ermənistan prezidenti Armen Sarkisyanla görüşüb. Görüşmə Yelisey sarayında baş tutub və Dağlıq Qarabağda münaqişəsi müzakirə edilib. Makron Sarkisyanla görüşündən əvvəl Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Qeyd edək ki, iki ölkə prezidenti arasında aparılan danışıqlarla bağlı heç bir rəsmi açıqlama verilməyib.