Malidə dövlət çevrilişi edən polkovnik prezidenti oldu

Malidə dövlət çevrilişi edən polkovnik prezidenti oldu

Mali Konstitusiya Məhkəməsi dövlət çevrilişi edən polkovnik Assimi Qoitanı ölkənin müvəqqəti prezidenti kimi təsdiqləyib.

Bu barədə Mali Konstitusiya Məhkəməsi açıqlama verib. Xatırladaq ki, prezidentliyi təqdiqlənmiş Qoitanın təlimatı ilə 24 mayda ölkənin müvəqqəti prezidenti Bah Ndau, baş naziri Moktar Uana və müdafiə naziri Süleyman Dukara hakimiyyətdən uzaqlaşdırılaraq həbs olunmuşdular.

Ötən gün isə Bah Ndau və baş nazir Moktar Uana Qərbi Afrika Ölkələrinin İctimai Birliyinin vasitəsilə azadlığa buraxılıb. Bundan başqa BMT rəsmilərin həbs edilməsini qınayaraq onların azadlığıa buraxılmasını tələb etmişdi. ABŞ Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirrərək, Malidəki hadisəni qınamış və bu ölkəyə göstərdiyi təhlükəsizlik yardımını dayandırdığını bildirmişdi.