MOSSAD rəsmisi öldürüldü

MOSSAD rəsmisi öldürüldü

İran mətbuatında yer alan xəbərə görə, cümə axşamı Təl-Əvivdə İsrailin gizli xidməti MOSSAD rəsmisi olduğu bildirilən Fəhmi Hinavi silahlı hücum nəticəsində öldürüldü.

Hinavinin qırmızı işıqda gözləyərkən 15 atəş zərbəsi ilə öldürüldüyü iddia edildi. Hücumun İranın nüvə alimi Möhsün Fəxrizadənin qisası ola biləcəyi ilə bağlı iddialar səsləndirilsə də, Tel-Əviv rəhbərliyi tərəfindən hücumla bağlı rəsmi bir açıqlama verilmədi. Eyni zamanda İsrail mediası da silahlı hücumu işıqlandırmadı.