Müsəlman Alimlər Birliyinin Qazaxıstana müraciəti

Müsəlman Alimlər Birliyinin Qazaxıstana müraciəti

Dünya Müsəlman Alimləri Birliyi Qazaxıstan hökumətini xalqın təhlükəsizlik, iqtisadi ədalət və korrupsiyanın aradan qaldırılması tələblərinə cavab verməyə çağırıb.

Dünya Müsəlman Alimlər Birliyi bəyanatında Qazaxıstan xalqını və hökumətini ölkənin maraqlarını, müstəqilliyini, suverenliyini və təhlükəsizliyini nəzərə almağa və ölkəsinin sərvətini, nailiyyətlərini və ləyaqətini qorumağa çağırıb. Həm də öz ölkələrinin mənafeyini şəxsi maraqlardan üstün tutmalarını istəyib.

həmçinin etirazçıları şəxsi və ya ictimai əmlaka hücum etməməyə çağırıblar. Çünki İslamda və bütün dinlərdə digərlərinə zərər vermək haramdır.

Birlik, sonda Qazaxıstanın xeyirxah insanları və hökumətini sakitləşməyə və daxili dialoq yolu ilə problemləri həll etməyə çağırıb.