Müsəlman Birliyi Hərəkatı ziyalılara təşəkkür etdi

Müsəlman Birliyi Hərəkatı ziyalılara təşəkkür etdi

Müsəlman Birliyi Hərəkatı (MBH) Milli Şuradan istefa verən Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədliyə və Azərbaycan Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevə təşəkkür ünvanlayıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, təşəkkür mətnini MBH-nın İdarə Heyətinin sədri Elçin Qasımlı Hərəkata aid səhifədə paylaşıb:

"Çox hörmətli ziyalılar Eldəniz Quliyevin və Hacı Rövşən Əhmədlinin dəyərlər uğrunda apardıqları mübarizəni hər zaman dəstəkləmişik və dəstəkləyirikdə. Və hər iki ziyalının haqq səsimizə zamanında səs vermələrini heç bir zaman unutmarıq.

Çox çətin bir dönəmdə siyasi məhbusların, xüsusilə inanclıların müdafiə komitələrini təsis etməklə hər zaman qayğı göstərmələri əsl ziyalıya xas bir xüsusiyyətdir. Bu və digər göstəricilərinə görə fərqli, daha ədalətli və düzgün mövqelərinə görə onlara öz dərin minnətdarlığımızı bildiririk.

Allah bu dəyərli şəxsiyyətləri qorusun. Gələcək işlərində hər birinə uğurlar arzu edirik".

Qeyd edək ki, Rövşən Əhmədli və Eldəniz Quliyev Milli Şuradan istefa veriblər. MBH-nın sədri, siyasi məhbus Tale Bağırzadənin Milli Şuradan istefa verməsi haqqında yayılan məlumatı Hərəkat və məhbusun ailə üzvləri təkzib etdi..