Müsəlman Birliyi Hərəkatının 4 üzvü aksiyaya görə həbs edildi

Müsəlman Birliyi Hərəkatının 4 üzvü aksiyaya görə həbs edildi

Son iki həftədə Müsəlman Birliyi Hərəkatının (MBH) 4 üzvü haqqında məhkəmə inzibati həbs cəzası verib.

Vetenugrunda.az-ın verdiyi xbərə görə, iyunun 18-də MBH-nın İdarə Heyətinin üzvü Nicat Əliyev, Hərəkatın iki fəalı Vüqar Əliyev və Yasin Əhmədov saxlanılıb. Onların hara aparıldığı bəlli olmasa da 19 iyunda Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Yasin Əhmədov 10 sutka inzibati həbsə məhkum edilib.

 20 iyun tarixində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Nicat Əliyevlə və Vüqar Əliyev 10 sutka inzibati həbslə cəzalandırılıb.

Fəlların saxlanılması Sumqayıt şəhərində bir sıra yerlərdə divarlara "Allahı söyənlər cəzalandırlsın!" şüarı yazıldıqdan sonra baş tutub. Onları divarları yazmaqda ittiham ediblər. 

Müsəlman Birliyi Hərəkatının digər fəalı Rəşad İslam oğlu Əliyevə Cəlilabad rayon məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası verilib. O, Cəlilabadda küçələrə "Allahı söyənlər cəzalandırılsın!" yazılmış kağızlar yapışdırdığına gorə işdən çıxarkən özünü təqdim etməyən adamlar tərəfindən saxlanılıb və naməlum Bakıya gətirilib.

Ailəsi iki gün sonra, 22 iyunda Rəşad Əliyevin Cəlilabad Rayon Məhkəməsi tərəfindən inzibati həbs cəzası aldığını eşidib. 

Xatırladaq ki, 19 il həbsə məhkum edilən Tale Bağırzadə iyunun 3-də aclığa başlayıb. O, inanclı insanların məhkəməsini izləməyə gəlmiş şəxslərin tutularaq işgəncəyə məruz qalmasına etiraz edir və həmin şəxslərə işgəncə zamanı Allahı təhqir edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzr istəməsini tələb edir.