Müstəqilliyimiz və Haqq mübarizəmiz bir arada

Müstəqilliyimiz və Haqq mübarizəmiz bir arada
Müsəlman Birliyi Hərəkatını üzvü, Nardaran məhbusu Abbas Hüseyn xalqımızın azadlıq mübarizəsi və Müstəqillik Günü münasibətilə məktub yazıb. Vetenugrunda.az məktubu olduğu kimi təqdim edir: "Cəmiyyətdə insanların birləşməyi, həmrəy olması üçün ya hansısa müsibətli hadisə baş verməli, ya da insanların hansısa ali hədəfə inama bağlılığı olmalıdır. Bizim tarixdə dəfələrlə ölkənin əhalisinin vəhdəti olub. Ona görə xalqımız növbəti dəfə regionda ümumixalq həmrəyliyi göstərir. Xalqımızın hər bir fərdi bu gün eyni addımı atır çünki aldığımız yaralar, çəkdiyimiz acılar bizi bir-birimizə bağlayır, mübarizə əzmimizi daha da artırır. Mübarizə əzmi yüksək olan millət isə heç vaxt məğlub ola bilməz. Bir milləti məhv etmək üçün onun mübarizə əzmini qırmaq lazımdır. Şükürlər olsun ki, bu gün xalqımızda da, ordumuzda da, böyük ruh yüksəkliyi, qələbəyə inam, öldürülən günahsız insanların qisasını almaq hissi vardır. Bu gün hər kəs birlikdə hərəkət edir, bütün problemləri, çətinlikləri məhz birliyimiz asanlaşdırır. Çünki ortada dövlətimizin ərazi bütövlüyü əsas mövzudur. Ona görə də ölkədə bütün təbəqələrin -iqtidarın, müxalifətin, dindarın, ateistin bir məqsədi, bir hədəfi olmalıdır. Hamının niyyəti eyni olmalıdır. Əgər bir millətin birliyi, vəhdətivarsa, heç kim ona qalib gələ bilməz, həmin xalqın qarşısında aciz olar. Necə ki, bizlərin birliyindən doğan qələbəmiz düşməni məğlub edir. Heç şübhə etmirəm ki, bu günki birliyimiz, gücümüz dövlətimizin şanlı tarixində, xalqımızın təqvimində yer alacaqdır. Tək əhalimiz deyil, ölkəmizdən çox uzaqlarda yaşayan soydaşlarımız da bu gün bizlərlə vəhdətdədir. Hətta Azərbaycan ərazisində yaşayan əcnəbilər də yanımızda yer alıb. Onlar ölkədə müharibə vəziyyətinin olmasına rəğmən Azərbaycanı tərk etmək istəmirlər. Lakin indi dünyanın hər yerindən ən ideal sayılan dövlətlərin belə siyasi, iqtisadi, dini fikir ayrılıqları vardır. Həmd olsun, Azərbaycanımızda bu problemlərin heç biri yoxdur. Bütün problemlər donub. İnsanların tək istəyi, arzusu ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın azadlığıdır. 10 milyon insan bir bədən olub eyni sözü deyir. Bu cür birlik olan yerdə bu haqlı savaşdan qalib çıxacağımız ümidi bizi daha da ruhlandırır. Bu savaşda tək ordu fəaliyyət göstərmir, xalq olaraq savaşda iştirak edirik. Bu haqq mübarizəyə töhfə vermək üçün hər kəs əlindən gələni edir. İqtidarı, müxalifəti, dindarı bir ordu olub. Bu gün xalq bu ordu ətrafında vəhdət qurub. Dövlətimizin bütövlüyü naminə torpaqlarını azad etmək istəyir. İnsanların biri-birinə yardımı, mənəvi çıxışları birliyin nişanasəsidir. Hazırda sən, mən düşüncəsi yoxdur. İşğalçı rejimə qarşı savaşan BİZ VARIQ! Dini inancımızla milli dirçəlişimiz isə yenidən birlikdə işıq saçır. Torpaqları işğalda olduğu üçün 30 ildir qüruru tapdanmış Azərbaycanın başı dikdir bu gün. İllərdirİlərdir bizə xor gözlə baxan imperalistlərlə, hegomonlarla, dırnaqarası dost-tanış dövlətlərləbaşqa münasibət qurubAzərbaycan xalqınahörmət etməyi tələb edir. Bu müstəqilliyimizin gücüdür, bu xalqımızın illər əvvəlki birliyindən yaranıb. Bu həmrəylik 29 il öncə ölkəmizə müstəqillik gətirib. Bu gün də Qarabağımıza bu birlik müstəqillik gətirəcək. hər zaman olduğu kimi indi də xalqımızın qüruru olan ordumuzla bir yerdəyik. Şərəfimsən, adımsan, Üçrəngli bayrağım, Doğma vətənimsən, canmsan Azərbaycanım! Tezliklə Azərbaycan torpaqlarının tam azad olacağı ümidiylə müstəqilliyimiz və həmrəyliyimiz mübarək olsun! Abbas Hüseyn 8 saylı Cəzaçəkmə Müəssisəi 10-18-2020"