Myanmada hərbi çevriliş qətliamlara səbəb oldu

Myanmada hərbi çevriliş qətliamlara səbəb oldu

Myanmada baş verən etirazların və toqquşmaların gedişində ən azı 38 nəfər həlak olub.

Bu barədə BMT-nin Myanma üzrə xüsusi nümayəndəsi Kristin Şraner-Burgener bildirib. O, bu günü çevrilişdən sonrakı "ən qanlı gün" adlandırıb.

Xüsusi nümayəndə hərbçilərin hakimiyyətə gəlişindən sonra ümumilikdə 50-dən çox insanın həlak olduğunu, çox sayda insanın isə yaralandığını deyib. Onun sözlərinə görə, Myanmada 1200-dən artıq insan saxlanılıb, onların bir çoxundan ailələri belə xəbər ala bilmir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Myanmada bu il fevralın biri gecəsi parlament seçkiləri ilə bağlı fikir ayrılığına görə dövlət çevrilişi baş tutub. Hərbiçilər prezident Vin Myin də daxil olmaqla ölkənin siyasi liderlərini qandallayıb və hərbi vəziyyət tətbiq ediblər. Müdafiə nazirinin köməkçisi Myin Sveyi isə dövlət başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı təyin ediblər.