Nardaran məhbusu aclıq aksiyasına başladı

Nardaran məhbusu aclıq aksiyasına başladı

Həbsxanlardan narahatedici xəbərlər üzərinə bu gün (27 Avqust) Qobustan həbsxanaından daha bir məhbusun yaşadıqları da əlavə olundu.

Vetenugrunda.az-a bu barədə keçmiş siyasi məhbus Əbülfəz Bünyadov məlumat verib.

"Ədliyyə Nazirliyinin Pentesiar xidmətində tez tez baş qaldıran narahatlıqların əksəriyyəti həbsxana rəhbərliyinin dustaqlarla şəxsi qulu kmi davranışları səbəb olur. Onlara qarşı vəhşi, alçaldıcı rəftar, təhqir dolu davranış sonunda fiziki güc və karserdə amansız işgəncələrlə nəticələnir.

Belə bir davranışın qurbanı olan Qobustan həbsxanasında cəza çəkən Cihad Babakişizadə ötən həftə heç bir səbəb göstərilmədən həbsxana rəhbərliyi tərəfindən bir həftə karserə salınmaqla cəzalandırılıb. Dünən özünün yarımçıq qalmış həyəcanlı telefon zəngində həbsxana rəhbərliyinin işgəncələrinin artıq dözülməz olduğunu söyləyərək o, tək çarə kimi aclıq elan edərək ağzını tikəcəyini deməsi olub.

Cihad rəisin vəhşi davranışlarını, alçaldıcı əməlləri şəxsiyyətinə təhqir kimi qiymətləndirib. Söhbəti yarımçıq qalan Cihadın çox yəqin ki, telefon zəngini həbsxana rəhbərliyi kəsib.

Bu gün ailəsinin aldığı məlumata görə Cihad Babakişizadə dünən kəsilən telefon zəngindən sonra aclıq aksiyasına başlayıb. Həbsxanalarda belə insanlığa sığmayan danranışlar hər ötən gün zatən gərgin olan vəziyyəti daha da pisləşdirincə ailələr öz övladlarının durumundan haqlı olaraq narahatdırlar.

Cihad Babakişizadənin ailəsi də oğullarının vəziyyətindən, onun sağlıq durumundan nigarandırlar".