Nobel Sülh mükafatı jurnalistə verildi

Nobel Sülh mükafatı jurnalistə verildi

Bu gün 2021-ci il sülh üzrə Nobel mükafatı qalibinin adları açıqlanıb.

Nobel Komitəsinin rəsmi saytının açıqladığı məlumata görə, mükafat filippinli jurnalist və yazıçı Maria Ressa və rusiyalı jurnalist və teleaparıcı Dmitri Muratova verilib.

Onlar bu mükafata "demokratiya və dayanıqlı sülh üçün ön şərt olan ifadə azadlığını qorumaq səylərinə görə" layiq görülüblər.

Tanınmış telejurnalist Dmitri Muratov Rusiyanın nufuzlu "Novaya Qazeta"nın baş redaktorudur. Qeyd edək ki, çəkliş zamanı öldürülən jurnalist Orxan Camal da bu qəzetin əməkdaşı idi. O, 31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib.