Oqtay Gülalıyevin yaxınları Heydər Əliyev Fondunun yardımından imtina edib

Oqtay Gülalıyevin yaxınları Heydər Əliyev Fondunun yardımından imtina edib
Hüquq müdafiəçisi vətənə qaytarılır Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev atasının müalicəsi ilə bağlı Heydər Əliyev Fondunun yardımından imtina etdiklərini açıqlayıb. T.Gülalıyev bununla bağlı facebook səhifəsində status paylaşıb. Statusda deyilir: “Məlum səbəblərdən sizinlə daha bir məsələni bölüşə bilmədim. Bildirmək istəyirdim ki, atam Oktay Gülalıyevin Türkiyədə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanmasından imtina etdik. Və Azərbaycana qaytarılmasını həm yazılı, həm də şifahi olaraq bildirmişik. Bəli, bu bir etirazdır. Çünki, atamın 11 aydır bu durumda (komada) olmasına baxmayaraq heç bir istintaq işləri aparılmır. Məhkəmənin başladılmaması üçün çox suni gecikdirmələr, bəhanələr gətirirlər. Gah pandemiya dövrü olduğunu, gah ailənin, gah da şəxsən Oqtay Gülalıyevin burada, yəni Azərbaycanda olmasının gərəkdiyini və s bildirdilər. Bütün bəhanələrin sonuna varmaq və atamın bu durumda olmasına səbəb olanların hüquqi müstəvidə cəzalandırılması üçün vətənə qayıdırıq. Əgər Bakıda da suni əngəl yaradılarsa, həqiqəti gizlətməyə cəhd edərlərsə hüquqi formada, sərt şəkildə etirazımız davam edəcək. Heç bir halda bu cinayət üstü örtülü qalmayacaq!"