Papa Fransisk: İran dünyada dini sistemə malik yeganə ölkədir

Papa Fransisk: İran dünyada dini sistemə malik yeganə ölkədir

İran Mədrəsələri Qurumunun prezidenti Ayətullah Ərəfi Vatikana səfəri ilə bağlı deyib: "Papa Fransisk görüşlərimizin birində Latın Amerikalı olaraq İranın müxtəlif qlobal məsələlərdə cəsarəti, şücaəti və qorxmazlığına heyran olduğunu bildirdi".

Keçən ay Vatikana gedən və Papa Fransisklə görüşən Ayətullah Ərafi Mədrəsələr Müəssisəsinin Müdir müavinləri toplantısında səfəri və Papa Fransisk ilə görüşü barədə məlumat verib.

Roma Papası Fransiskin üç səbəbdən İrana hörmətini ifadə etdiyini qeyd edən Ayətullah Ərafi bildirib:

"Papa belə dedi: Mən sizin tarixinizi oxudum və zəngin tarixinizə inanıram və hörmət edirəm. Böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, siz dünyada dini sistemə malik yeganə ölkəsiniz. Mən bir Latın amerikalı olaraq İranın müxtəlif qlobal məsələlərdə cəsarətinə, şücaətinə və qorxmazlığına heyranam".

İnqilab Rəhbəri Ayətullah Xameneinin Papa Fransiskə mesaj çatdırdığını bildirən Ayətullah Ərafi deyib:

"Papa bu mesajı aldıqdan sonra Ayətullah Xameneiyə salamlarını çatdırdı və mesajdakı məqamları qəbul etdiyini bildirdi".

Ayətullah Ərafi dedi: "Mən Roma Papasına dedim ki, siz Latın Amerikasındansınız və Ayətullah Xamenei bu məqamı vurğulayıb. 3-cü dünya regionundan olan və imperialistlərlə mübarizə aparan bir Papanın olması bizim üçün dəyərlidir. Papanın məzlumları müdafiə edən bəzi hərəkətləri və ritorikaları təqdirəlayiqdir".