Polis vəhşiliyinə qarşı izdihamllı etirazlar başladı

Polis vəhşiliyinə qarşı izdihamllı etirazlar başladı

ABŞ əhalisi indi də Atlantada polis vəhşiliyinə qarşı üsyan edir

ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydu polisin boğub öldürməsi bütün dünyada etiraz dalğasına səbəb olub. Dünyanın müxtəlif ölkələrində yerləşən ABŞ səfirliklərinin qarşısında etiraz aksiyaları baş tutub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu dəfə hadisələrin episentri Atlantadır (Corciya ştatı). Corc Floydun ölümünə etiraz edən atlantalıların aksiyası zamanı beş nəfər, həmçinin dörd polis əməkdaşı xəsarət alıb. 

Atlantada 2 polisin 1 qaradərilinin qovaraq tuta bilmədiyi zaman güllə ataraq öldürməsi polisə qarşı olan etirazşıları yenidən hərəkətə gətirib.  Etirazçılar 27 yaşlı Reyşard Brooksun vurulduğu Wendy kafesini yandırıblar. Etirazların genişlənməsindən çəkinən polis rəisinin istefasının ardınca Reyşardı güllələyən zabit də işdən qovulub. ABŞ-da Floydla əlaqəli hadisələr səngiməmiş Atlantada yenidən alovlanan etirazlar ölkəni siyasi böhrana sürükləyə bilər.

İğtişaşlardan sonra ictimai asayişi qorumaq məqsədilə Corciya ştatının qubernatoru Brayan Kemp 1500 nəfərlik ABŞ Milli Qvardiyası döyüşçülərinin Atlantaya göndərilməsi barədə fərman imzalayıb. Bu barədə qubernator özünün "Twitter" səhifəsində yazıb.