Politoloq: Zəfərə görə İsrailə deyil, Rusiyaya təşəkkür etməliyik

Politoloq: Zəfərə görə İsrailə deyil, Rusiyaya təşəkkür etməliyik

Xanım politoloqdan sərt açıqlama: "Saxta tarix yaratmayın"

"Heyif səndən, Azərbaycan! Biz buna layiq deyilik. Erməni işğalı bitdi, beyinlərimizin işğalı başlandı".

Politoloq Nəzakət Məmmədova qələbəmizə görə Pakistana və İsrailə təşəkkür edənlərə qəzəblənib. O, "saxta tarix yaratmayın", deyə, bu adamlara səslənib: Zəfəri bu ölkənin öz igid Şəhid və qaziləri qazanıb.

Bunu anlamaq bu qədərmi çətindir?! Harda görünüb ki, milyardlarla dollar xalqın büdcəsindən pul verib silah aldığın, neftinin 70 faizini verdiyin ölkəyə minnət borcun olsun?! Onda Türkiyə də hər dəfə PKK-nın Kandildəki, Şırnakdakı mövqelərini vurduqdan sonra çıxıb F-16-lara görə ABŞ-a təşəkkür etsin?! Halbuki, Türkiyə ABŞ, Fransa və İtaliyadan xeyli silah alır, amma Amerika və Fransanı ən çox tənqid edən ölkələrdəndir.

Saxta tarix yaratmayın. Gələcək nəsilləri aldatmayın! Hər addımda məsuliyyətli olmaq lazımdır. Populist yox! Müharibəni Azərbaycan-İsrail-Pakistan üçlüyü yox, Azərbaycan-Rusiya-Türkiyə üçlüyü qazandı! Ölkənin ən ali vəzifəli şəxsi olan Prezident İlham Əliyev bir dəfə də olsa, müharibədə iştirakına görə Pakistan və İsrailin adını çəkib, onlara təşəkkür etmədi. Amma Rusiya və Türkiyəyə təşəkkür etdi! Çünki o, nəyi, nə vaxt, necə edəcəyini yaxşı bilir!"