Prezidentin müharibə başlayan gündən müsahibə verdiyi KİV-lər - SİYAHI

Prezidentin müharibə başlayan gündən müsahibə verdiyi KİV-lər - SİYAHI
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi başlayan gündən (27 sentyabr) bu günə qədər Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçüb 16 televiziya kanalı, 2 informasiya agentliyi və 2 qəzet olmaqla ümumilikdə 20 tanınmış kütləvi informasiya vasitələrinə müsahibə verib. Yeniavaz.com Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözügedən müsahibələrinin siyasını təqdim edir: 29 sentyabr 2020 – Rusiyanın “Rossiya-1” televiziya kanalı; 02 oktyabr 2020 – Qətərin “Əl-Cəzirə” televiziya kanalı; 04 oktyabr 2020 – Birləşmiş Ərəb Əmirliyinin “Əl-Ərəbiyə” televiziya kanalı; 05 oktyabr 2020 – Türkiyənin “TRT Haber” televiziya kanalı; 06 oktyabr 2020 – Rusiyanın “Pervıy Kanal” televiziya kanalı; 07 oktyabr 2020 – Türkiyənin “CNN-Türk” televiziya kanalı; 07 oktyabr 2020 – Avropa Birliyinin “Euronews” televiziya kanalı; 09 oktyabr 2020 – ABŞ-ın “CNN International” televiziya kanalı; 09 oktyabr 2020 – İngiltərənin “Sky News” televiziya kanalı; 10 oktyabr 2020 – Rusiyanın“RBK” televiziya kanalı; 12 oktyabr 2020 –Türkiyənin “Haber Global” televiziya kanalı; 13 oktyabr 2020 – Türkiyənin “Haber Türk” televiziya kanalı; 14 oktyabr 2020 – Fransanın “France 24” televiziya kanalı; 15 oktyabr 2020 – Türkiyənin “NTV” televiziya kanalı; 15 oktyabr 2020 – Rusiyanın “Ria Novosti” agentliyi; 16 oktyabr 2020 – “A Haber” televiziya kanalı; 19 oktyabr 2020 – Rusiyanın “TASS” informasiya agentliyi; 21 oktyabr 2020 – Yaponiyanın “Nikkei” qəzeti; 24 oktyabr 2020 – Fransanın “Figaro” qəzeti; 25 oktyabr 2020 – ABŞ-ın “Fox News” televiziya kanalı.