Putin və Rəisi yaxın zamanda görüşə bilər

Putin və Rəisi yaxın zamanda görüşə bilər

Rusiya prezidenti Vladimir Putin ilin sonuna qədər iranlı həmkarı İbrahim Rəisi ilə görüşə bilər.

TASS xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Əlbəttə ki, bunu istisna etmək olmaz", - deyə o, vurğulayıb.

Peskov, dövlət başçılarının görüş məsələsinin hazırlandığını və dəqiq tarixin epidemioloji vəziyyətdən asılı olduğunu qeyd edib.

Xatırladaq ki, bundan öncə, Rusiya xarici işlər naziri Sergey Lavrov və İran XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan arasında görüş baş tutub. (faktxeber.com)