Qəndəhardakı məscidi İŞİD partladıb

Qəndəhardakı məscidi İŞİD partladıb

İŞİD Qəndəhardakı qanlı terrorun məsuliyyətini öz üzərinə götürdü

Qəndəhar əyalətində yerləşən "Fatimiyyə" məscidində cümə namazı əsnasında 2 terrorçu-kamikadze özünü partladıb. Nəticədə 62 şiə müsəlman həyatını itirib, 88 nəfər isə yaralanıb.

Ötən gün (Cümə, 15 Oktyabr 2020) Əfqanıstanda törədilən qanlı terror aktının məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Xatırladaq ki, ötən gün Qəndəhar əyalətində yerləşən "Fatimiyyə" məscidində cümə namazı əsnasında 2 terrorçu-kamikadze özünü partladıb. Nəticədə 62 şiə müsəlman həyatını itirib, 88 nəfər isə yaralanıb.

Qeyd edək ki, ötən həftə də İŞİD terrorçuları Qunduz əyalətində yerləşən məsciddə şiə müsəlmanlara qarşı terror aktı törətmişdilər. Nəticədə yüzdən çox müsəlman qətlə yetirilmişdi.