Qarabağ qazisinin müraciəti təmin edilmədi

Qarabağ qazisinin müraciəti təmin edilmədi

Babək Həsənlinin üçdə iki ilə azad olunmaq müraciəti təmin edilmədi

30 iyunda Nizami rayon məhkəməsində onlayn qaydada siyasi məhbus, Qarabağ qazisi, AXCP funksioneri Babək Həsənlinin ona verilmiş saxta cəzasının üçdə ikisinin çəkildiyi və qalan hissəsindən azad edilməsi ilə əlaqədar ərizəsinə baxılıb.

Məhkəmə ərizəni təmin etməyib və Babək Həsənlinin həbsdə saxlanmasına qərar verib. Səbəb kimi isə onun hələ bir il yarım bundan əvvəl Kürdəxanı təcridxanasında cərimə kamerasına salınması göstərilib.