Qarabağ yürüşünə görə saxlanılanların tam SİYAHISI-37 nəfər

Qarabağ yürüşünə görə saxlanılanların tam SİYAHISI-37 nəfər

14-15 iyul taruxundə Bakı şəhərində keçirilən Qarabağ yürüşündə həbs edilənlərin sayı durmadan artır

Jurnalist Təzəxan Mirələmlinin sosial şəbəkədə paylaşdığı məlumata görə, bu gün AXCP Xətai rayon təşkilatının üzvü Rəşid Turabov mülki geyimlilər tərəfindən həbs edilib: "Çox güman ki, məlum cinayət işi üzrə istintaqa cəlb olunacaq...

Yasamal Rayon Şöbəsinin üzvü Fərrux Əliyev və Xətai rayon təşkilatının üzvü Elxan Nuriyev barəsində isə 30 sutka inzibati həbs cəzası seçilib. Hər ikisi İstintaq İdarəsində həmin cinayət işi üzrə dindirilib.

Ayaz Məhərrəmli barədə də həbs qətimkan tədbiri seçilməsi məlum oldu. Hazırda Nərimanov RPİ-nin Müvəqqəti Saxlama Təcridxanasındadır. İlk həbs olunanlardan Asif Yisifli hələ də həmin təcridxanada saxlanılır".

Xatırladaq ki, Asif Yusifli Qarabağ qazisidir və ikinci qrup müharibə əlilidir. O, bir dəfə şərlənərək həbs edilib və 5 il məhkumluq həyatı yaşayıb. 

Qrabağ yürüşünə görə saxlanılanları Parlamentn binasına hücum etməkdə ittiham edirlər. Lakin saxlanılanların əksəriyyətinin yaxınları onların bu yürüşdə ümumiyyətlə iştirak etmədiyini bildirib .

"Müdafiə xətti" araşdırmalarının yekunu olaraq həbs edilən, tutulan, saxlanılan şəxslərin siyahısını təqdim edir:

  1. Asif Yusifli (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
  2. Seymur Əhmədov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
  3. Məhəmməd İmanlı (CM-nin 139.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib)
  4. Bəxtiyar İmanov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
  5. Ramid Nağıyev (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
  6. Siyavuş Mustafayev (Hərakatçı, Naxçıvan MR keçmiş Daxili İşlər Nazirinin müavini ) (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
  7. İsmayıl Həsənov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
  8. Nicat Abdullayev ( inzibati məsuliyyətə cəlb olunub)
  9. Ayaz Məhərrəmli (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
  10. Laçın Vəliyev (sərbəst buraxılıb)
  11. Baba Süleymanov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
  12. Ceyhun Novruzov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
  13. Məhəbbət Nağıyev (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
  14. Mehdi İbrahimov (CM-nin 139-1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib)
  15. Pərvin Çobanov (ADR üzvü) (CM-nin 139-1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
  16. Elvin Məmmədov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.)
  17. Ramil Tağıyev (sərbəst buraxılıb)
  18. Şəmsi Qəhrəmanov (Kəsəmənli) (sərbəst buraxılıb)
  19. Əliağa Məmmədov (sərbəst buraxılıb)
  20. Telman Seyfullayev (şübhəli şəxs qismində tutulub)
  21. Arif Paşayev (inzibati məsuliyyətə cəlb olunub)
  22. Elvin Bəhramov (Bəhmənoğlu) (inzibati məsuliyyətə cəlb olunub)
  23. Mahir Namazov (inzibati məsuliyyətə cəlb olunub)
  24. Süleyman Məhərrəmli ( inzibati məsuliyyətə cəlb olunub)
  25. Vüqar Əbilli (sərbəst buraxılıb)
  26. Mətanət Mahmarzayeva (Turan) (sərbəst buraxılıb)
  27. Fərzəli Əsədov (sərbəst buraxılıb)
  28. Elgiz Qəhrəman ( NİDA VH) (sərbəst buraxılıb)
  29. Anar Abdulla (jurnalist ) (sərbəst buraxılıb)
  30. Elvin Cəbizadə (ictimai fəal) (sərbəst buraxılıb)
  31. Firudin Səlimov (Firi Səlim, foto-reportyor) (sərbəst buraxılıb)
  32. Elnur Həsənov (şübhəli şəxs qismində saxlanılıb)
  33. Fərrux Əliyev (inzibati məsuliyyətə cəlb olunub)
  34. Elxan Nuriyev ( inzibati məsuliyyətə cəlb olunub)
  35. Kamil Mahmudov- inanclı fəal, MBH tərəfdaşı (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
  36. Tural Vəliyev-inanclı fəal, MBH tərəfdaşı (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
  37. Rəşid Turabov ( saxlanılıb, statusu bəlli deyil)

Həbs edilən şəxslərin heç birinə ailələri ilə əlaqə saxlamağa, məlumat verməyə şərait yaradılmayıb. Onların işgəncəyə, qeyri-insani rəftara, ləyaqəti alçaldan davranışa məruz qalmaları barədə narahatçılıqlar vardır. Verilən məlumatlara görə, bəzilərinin vəkili ilə əlaqə saxlamağa imkan yaradılmır.