Qarabağda daha 7 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda daha 7 erməni hərbçisinin meyiti tapıldı

Axtarış işləri zamanı Qarabağda daha 7 erməni hərbçisinin qalıqları tapılıb.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, noyabrın 13-dən bu günə kimi son döyüş əməliyyatları zonasında 1 246 erməni əsgərinin meyiti və qalıqları tapılıb.