Qazaxıstanda ölənlərin sayı açıqlandı

Qazaxıstanda ölənlərin sayı açıqlandı

İğtişaşlar zamanı Qazaxıstanda ölənlərin sayı açıqlanıb.

Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Almatı şəhərində 103,

Qızılorda vilayətində 21,

Cambildə - 10,

Almatı bölgəsində isə isə 8

nəfər omaqla, ümumilikdə 164 nəfər dünyasını dəyişib. Almatı şəhərində ölənlərdən ikisi uşaqdır.

Qazaxıstanda baş verən iğtişaşlara görə 2200-dən çox insanın tibbi yardım üçün müraciət etdiyi də vurğulanır.

Qeyd edək ki, ölkədə kütləvi etirazlar 2022-ci il yanvarın 2-də başlayıb. Manqistau vilayətinin Janaozen və Aktau sakinləri maye qazın bahalaşmasına qarşı çıxıblar, sonra etirazlar digər bölgələrə də keçib.