"Qırmızı Xaç"ın nümayəndələri Saleh Rüstəmli ilə görüşüb

"Qırmızı Xaç"ın nümayəndələri Saleh Rüstəmli ilə görüşüb

Bu gün Penitensiar Xidmətin Müalicə Müəssisəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri siyasi məhbus Saleh Rüstəmli ilə görüşüb. Öz həkimləri Saleh Rüstəmlini müayinə edib, səhhətini kritik qiymətləndirib.

Bu barədə siyasi məhbusun qardaşı Taleh Rüstəmli bildirib. O, da bu gün görüşdə olub, qardaşının vəziyyətinin ağır olduğunu deyib. Saleh Rüstəmliyə qidalandırıcı inqlidentlər olmayan sistem keçirilib.

Qeyd edək ki, dünən dünyanın məşhur hüquq müdafiə təşkilatlarından biri Norveç Helsinki komitəsi (The Norwegian Helsinki Committee ) Azəbaycanda qanunsuz həbsdə saxlanılan AXCP fəalı Saleh Rüstəmli ilə bağlı Azərbaycan hakimiyyətinə yönələn bəyanat yayıb.

Bəyanatda deyilir: Azərbaycanın ən tanınmış siyasi məhbuslarından biri Saleh Rüstəmli artıq 1 həftədən çoxdur ki, hakimiyyətdən onu azad etmək tələbilə həbsxanada aclıq aksiyası keçirir. Ailə üzvləri və vəkillərinin verdiyi məlumata əsasən, son günlər onun səhhəti güclü şəkildə pisləşib.

Öz siyasi əsaslı həbsinə etiraz olaraq Rüstəmli bəyan edib ki, aclığa ya azad edilənə, ya da vəfat edənə kimi davam edəcək. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olan Rüstəmli 2019-cu ildə ədalətsiz və siyasiləşdirilmiş məhkəmə prosesində hakimiyyətin onu tənqid edən fəalları rahatlıqla həbs etməsi üçün tez-tez istifadə etdiyi qanunsuz sahibkarlıq, narkotik cinayətlərində əsassız yerə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum ediilib.

İttiham irəli sürülərkən iddia olunur ki, Rüstəmli siyasi məhbus ailələrinə yardım üçün vəsait toplayırmış. Həbsindən sonra polis Rüstəmlini 17 gün ətraf aləmdən təcrid vəziyyətində saxlamış və vəkillə görüşünə əngəl yaratmışdır. Məhkəmə iclasında polislərin sorğu zamanı onu bir neçə gün vəhşicəsinə döyməsi və etiraflar etməsi üçün təzyiq göstərməsi barədə danışmışdır.

İstintaq altında olarkən ona qarşı qeyri-insani rəftarla bağlı verilmiş şikayətlər əsasında bir dənə belə araşdırma aparılmamışdır. Onun azad edilməsi çağırışları ilə əlaqədar, NHK Azərbaycan hakimiyyətini Rüstəmlini dərhal və qeyd-şərtsiz azad edilməsinə çağıran fəalların və hüquq müdafiəçiləri qruplarının kampaniyalarına qoşulur. Hakimiyyət ədalətsiz və əsassız həbs qərarının icrasına davam edə, həmçinin onun həbsdə az-az həyatını itirməsinə tamaşa edə bilməz.