Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Respublikasına səfərə gəlib. Yeniavaz.com xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan həyat yoldaşı ilə birlikdə Azərbaycana yola düşüb. Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan təyyarə ilə saat 14:50-də Bakıya yola düşüb. Qeyd edək ki, Türkiyə prezidenti Azərbaycanda keçiriləcək zəfər paradında iştirak edəcək. Həmçinin, prezident İlham Əliyevlə Rəcəp Tayyip Ərdoğan hər iki ölkə arasındakı münasibətlər barədə müzakirələr aparacaq.