Ramiz Mehdiyev: "Əlimdə olan faktları ortaya qoysam, aləm bir-birinə dəyər"

Ramiz Mehdiyev: "Əlimdə olan faktları ortaya qoysam, aləm bir-birinə dəyər"
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev onu tənqid edənləri təhdid edib. Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, "Təzadlar"a verdiyi açıqlamada əlində güclü faktların olduğunu bildirib: "Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir - nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün".