Ramiz Mehdiyevin kürəkəni Aysel Teymurzadəni ittiham edib kövrəldi

Ramiz Mehdiyevin kürəkəni Aysel Teymurzadəni ittiham edib kövrəldi

Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin yeznəsi, keçmiş deputat İlham Əliyev bu gün azadlığa çıxıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, mediyaya verdiyi açıqlama ilə diqqət çəkib.

Sabiq deputat məlum toyla bağlı danışıb və qalmaqalın səbəbkarı kimi Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin xanımı, 2009-ci ildə ölkəmizi Evrovison musiqi yarışmasında təmsil edən Aysel Teymurzadəni ittiham edib: "Filarmoniyanın direktoru Murad Adıgözəlovun yoldaşı Aysel qərəzli videoları çəkərək müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir. Mən bu barədə çox düşünmüşəm. Bu, sabotajdır. Bu Ramiz Mehdiyevə qarşı sabotajdır".

İlham Əliyev eyni zamanda onun fikirlərini paylaşan saytı da təhdid edib: "Mənim şəklimi verib altından yazıb ki, "kefim kökdü, kefimi pozmuram …" mən o sayta burdan xəbərdarlıq edirəm, əgər iki gün ərzində mənim o sözümün audio yazısını verməsə, mən onları tapıb cəzalandıracağam. Çünki, deyilməyən sözə görə insanı cəmiyyət qarşısında alçaltmaq və nüfuzdan salmaq şərəfsizlikdi. Şərəfsizlik isə cəzalandırılmalıdır".

Bu gün adıçəkilən açıqlamanı yayan sayt İlham Əliyevin verdiyi açıqlamanın audioyazısını paylaşıb. Bəlli olub ki, İlham Əliyev həbsindən öncə dediyi  "kefim kökdür" açıqlamasından həbsindən sonra imtina etməyə çalışıb.

Media ilə görüş zamnaı ən yaddaqalan məqam Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin kövrəlməsi, doluxsanaraq ölkə başçısı İlham Əliyevdən, ölkənin birinci Vitse-prezidenti Mehriban Əliyevadan və xalqdan üzr istəyib. 

Qeyd edək ki, İlham Əliyev 18 avqustda qızı Fidan Əliyevaya villasında toy edib. O, və və qudası Rövşən Mustafayev karantin qaydalarını pozduğu üçün avqustun 22-də Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alıb.

Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.