Ərdoğan Füzulidə açlışda iştirak edəcək

Ərdoğan Füzulidə açlışda iştirak edəcək

İşgaldan azad olunan Füzuli rayonunda Beynəlxalq Hava Limanının açılışına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

Bu barədə Türkiyə mətbuatı yazıb. Xəbərdə deyilir ki, işğaldan azad olunan Füzuli şəhərində, türk və azərbaycanlı mühəndislərin birgə əməyi ilə inşa olunan hava limanında son tamamlanma işləri görülür: "Yanvarın 14-də təməli qoyulan hava limanında 3 000 metr uzunluğuna və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib.

Füzuli Beynəlxalq Hava Limanı oktyabrın 26-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək tədbirlə istifadəyə veriləcək.

"Anadolu" agentliyi isə bildirib ki, Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində çıxış edəcək.

Qeyd edək ki, bu, Türkiyə liderinin son 1 ildə Azərbaycana 3-cü səfəridir. Türkiyə lideri bundan əvvəl 9 dekabr 2020-ci il və 15 iyun 2021-ci ildə də Azərbaycana rəsmi səfər edib.